Daş (1977)
Daş — Rejissorlar Hafiz Əkbərov və Əsgər Məmmədovun filmi.
== Məzmun ==
Dağıdıcı qüvvə rəmzi olan daş müxtəlif dövrlərdə görkəmini dəyişərək(ox, güllə, raket) planetdə yaşayan adamlara dərd-bəla gətirir. Film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır.
Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur.
== Film haqqında ==
Film mətnsizdir.
Film şair Əli Kərimin eyniadlı şeri əsasında çəkilmişdir.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Əsərin müəllifi: Əli Kərim
Ssenari müəllifi: Sabir Rüstəmxanlı, Paşa Kərimov
Quruluşçu rejissor: Hafiz Əkbərov, Əsgər Məmmədov
Quruluşçu rəssam: Elçin Axundov
Bəstəkar: Xəyyam Mirzəzadə
Operator: Rafiq Əmirov
Səs operatoru: Akif Nuriyev
Cizgi rəssamı: Yuri Meşşeryakov, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov
Rejissor assistenti: Sima Qurbanova
Rəssam assistenti: Zəkiyyə Mahmudova
Montaj edən: Nisə Hacıyeva
Rəssam: Hüseyn Cavid İsmayılov, Arifə Hatəmi, Solmaz Hüseynova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Cəvahir Quliyeva, Nataliya Albitskaya, Firəngiz Quliyeva
Redaktor: Ədhəm Qulubəyov
Filmin direktoru: R.Rəşidov
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".